Paşinyanın xahişi ilə Bakı "Laçın"ı bağlaya bilər - Politoloqdan SENSASİYALI SÖZLƏR
Bizi izləyin

Nida Xəbər

Paşinyanın xahişi ilə Bakı "Laçın"ı bağlaya bilər - Politoloqdan SENSASİYALI SÖZLƏR

Fevralın 19-da erməni şairi Ovanes Tumanyanın 150 illik yubileyi Dağlıq Qarabağda da qeyd edildi. O.Tumanyan son 30 ildə ilk dəfədir ki, Dağlıq Qarabağda təbliğ olunur.

Bu sözləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu Axar.az-a açıqlamasında deyib.

O, Tumanyanın daim sülhpərvər mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb:

“O.Tumanyan Ermənistanda anadan olmuş, Gürcüstanda yaşamış, Moskvada ölmüş və Ermənistanda dəfn olunmuş milliyyətcə erməni yazıçı-şairdir. Gürcüstan, Ermənistan və Azərbaycanda O.Tumanyanı ilk növbədə Cənubi Qafqaz xalqlarının hər üçünün dilində yazıb-yaradan Sayat Novanın davamçısı kimi tanıyırlar.

Ovanes Tumanyan XX əsrin əvvəlində Cənubi Qafqaz regionunda ermənilərin gürcülərə və azərbaycanlılara qarşı apardığı müharibədə sülhpərvər mövqe sərgiləyib. O.Tumanyan o vaxt at belində ermənilərin yanına gedərək, onları gürcülərə və azərbaycanlılara qarşı vuruşmamağa çağırırdı.

Cənubi Qafqaz regionuna münaqişəni Osmanlı imperiyasından qovulan, İran imperiyasının tərkibindən köçürülən ermənilər gətiriblər. O.Tumanyan da bunu bilirdi və ona görə daha çox öz xalqı arasında təbliğat aparırdı”.

Mübariz Əhmədoğlu bildirib ki, Nikol Paşinyan O.Tumanyanın yubileyini Dağlıq Qarabağda keçirtməklə, xüsusilə qondarma qurumun de-fakto prezidenti B.Saakyanı o tədbirlərdə oturmağa vadar etməklə, barışığın vacib olduğu mesajını çatdırmaq istəyir:

“Silva Kaputikyanın 100 illiyinin Dağlıq Qarabağda qeyd olunmaması diqqət çəkir. Kaputikyanın 100 illiyi Paşinyanın diqqətində idi. Amma tədbirlər yalnız İrəvanda keçirildi. Bu, Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə daha bir cəhdi kimi dəyərləndirilə bilər”.

Sədr vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə getməyən Ermənistanı böyük bəlalar gözləyir:

“Ermənilər bu torpaqlarda qala bilməyəcəklər. Ermənistan müstəqil dövlətçiliyini itirib, iki iri qonşu dövlətdən hansısa birinin tərkibinə girəcək. Dağlıq Qarabağa Ermənistandan O.Tumanyanın ideyalarının gəlməsi müsbət haldır. Ermənistandan Dağlıq Qarabağa destruktiv ideyalar axını davam edəcəyi təqdirdə Paşinyan özü Laçın koridorunu bağlatdıra bilər. Ola bilsin, Paşinyanın xahişi ilə Azərbaycan və Ermənistan ikisi birlikdə Laçın koridorunu bağlasınlar və bununla da O.Tumanyanın ideyalarının Dağlıq Qarabağ erməniləri arasında yayılmasına Ermənistandan heç kəs mane ola bilməsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm