Musa Qasımlı: "Mehriban Əliyeva dövlətimizin həyata keçirdiyi sosial siyasətdə müstəsna rol oynayır"
Bizi izləyin

Nida Xəbər

Musa Qasımlı: "Mehriban Əliyeva dövlətimizin həyata keçirdiyi sosial siyasətdə müstəsna rol oynayır"

“Mehriban xanım Əliyevanın Birinci Vitse-prezident kimi fəaliyyəti həm ölkə daxilində, həm də xaricdə dövlətimizə, millətimizə böyük hörmət və baş ucalığı gətirib”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Birinci Vitse-prezident təyin ediləndən sonra ölkə daxilində dövlətimizin həyata keçirdiyi sosial siyasətdə Mehriban Əliyeva müstəsna rol oynayıb:

“Onun məcburi köçkünlərə, sosial qayğıya ehtiyacı olanlara diqqəti xüsusilə qeyd edilməlidir. Xarici ölkələrdə Mehriban xanım Əliyevanın fəaliyyəti millətimizin zəkasının göstəricilərindən biri oldu. Xüsusən, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi gördüyü işlər dövlətimizə, millətimizə hörmət qazandırdı. Mehriban Əliyevaya dövlətçilik fəaliyyətində uğurlar arzulayıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm