Nida Xəbər
Rusiyadan İrəvanı sarsıdan QARABAĞ ÇAĞIRIŞI
"Azərbaycan Prezidenti İlham Əliyev Ali Baş Komandan kimi ordunun bütün istiqamətlərdə güclənməsinə və müasir silahlarla təhciz edilməsinə nail olub. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır".
Publika.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Milli Müdafiə" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bildirib.
Onun fikrincə, Azərbaycan hərbi potensialının artırılmasına və inkişafına xüsusi önəm verir: "Bu gün Azərbaycanın hədəfi öz ordusunu yüksək dəqiqlikli silahlarla təchiz etmək istiqamətindəndir. Təbii ki, bura hava hücumundan müdafiə sistemləri də daxildir. Rusiya da Azərbaycanın bu istiqamətdə bütün istəklərini yerinə yetirməkdə qərarlıdır".
İ.Korotçenko vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında qarşılıqlı hörmət və ehtirama əsaslanan yüksək səviyyəli münasibətlər var: "Belə münasibətlər isə hərbi əməkdaşlığa yalnız təkan verir".
O, iki ölkə arasında hərbi əməkdaşlığın yüksək səviyyədə və effektiv olduğunu deyib: "Azərbaycan Rusiyadan böyük partiyada hərbi texnika alan ölkələr sırasındadır. Azərbaycan Rusiyadan yeni və müasir silahlar almaqla ordusunu XXI əsrin ordusuna çevirib. Əlbəttə, Azərbaycan hərbçiləri də Rusiya istehsalı olan silahları tamamilə idarə və istismar etməyə qadirdirlər. Azərbaycan hava hücumundan müdafiə sistemləri, zirehli hərbi nəqliyyat vasitələri, özüyeriyən artilleriya qurğuları və digər müasir silah növlərinə malikdir".
Hərbi ekspert qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib: "Dağlıq Qarabağ münaqişəsinin hər an alovlanacağını nəzərə alaraq rəsmi Bakının Rusiya ilə hərbi əməkdaşlığa xüsusi önəm verdiyini deyə bilərik. Ancaq bununla belə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına, müharibəyə ehtiyac qalmayacağına ümid edirəm".
"Artıq Ermənistan həqiqətləri analamalı və görməlidir. Beynəlxalq hüquq normalarına əsasən, Azərbaycanın 7 rayonu işğal və Dağlıq Qarabağ işğal altındadır. Hüquqi olaraq bu torpaqlar Azərbaycana məxsusdur. İlk növbədə 5 rayon Azərbaycana qaytarılmalıdır. Məsələ burasındadır ki, Ermənistanda bu ssenari üzrə irəli getmək üçün sağlam düşüncə lazımdır", - deyə İ.Korotçenko vurğulayıb.
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə uğur gətirəcək
-
Elm və təhsil17 Aprel 22:18Azərbaycanda yeni ixtisas - Qəbul prosesi necə olacaq?
-
ABŞ17 Aprel 21:39Bu həftəsonu nə baş verəcək? - Tramp açıqladı
-
Kriminal17 Aprel 20:36Gəncədə məktəblini qətlə yetirən şəxsə höküm oxundu
-
Ekologiya17 Aprel 20:00Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən etibarən...
-
Sosial17 Aprel 19:10Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa
-
Rəsmi xronika17 Aprel 17:22Buraxılış imtahanının nəticələri elan olundu
-
Dünya17 Aprel 17:02İran Hörmüz boğazını açdı - Əraqçi elan etdi















.jpg)






.webp)














