Nida Xəbər
Azərbaycan və Türkiyə XİN-ləri arasında görüş
Bakıda Azərbaycan və Türkiyə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.
XİN-dən Publika.az-a verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan Respublikası tərəfindən xarici işlər nazirinin müavini Ramiz Həsənov, Türkiyə Respublikası tərəfindən isə xarici işlər nazirinin müavini Sedat Önal rəhbərlik ediblər.
R.Həsənov iki dost və qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrdə və müxtəlif formatlarda yüksək səviyyəli inkişafından, siyasi əlaqələrin strateji müttəfiqlik səviyyəsindən məmnunluğunu ifadə edib.
S.Önal Türkiyə və Azərbaycan arasındakı əməkdaşlıq münasibətlərinin cari vəziyyətini yüksək qiymətləndirib. Bu xüsusda, tərəflər münasibətlərin inkişafında diplomatik nümayəndəliklərin fəaliyyətini xüsusilə qeyd ediblər.
Eyni zamanda tərəflər iki ölkə arasındakı əməkdaşlıq əlaqələrində üçüncü ölkələrin iştirakının əhəmiyyətinə toxunaraq müxtəlif səviyyələrdə keçirilən üçtərəfli və dördtərəfli əməkdaşlıq formatlarının əhatə dairəsinin genişləndirilməsinin zəruriliyinə diqqət çəkiblər. Habelə beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı dəstəyin əhəmiyyətinə vurğu edilib.
R.Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son vəziyyətinə dair ətraflı məlumat verib, Türkiyənin münaqişənin ədalətli həlli istiqamətindəki mövqeyinə görə minnətdarlıq ifadə edib.
Görüş zamanı ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edən, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ