• USD 1,7000 0,00% EUR 1,9163 0,00%
    • GBP 2,1395 0,00% RUB 0,0240 0,00%

Rəsmi Bakı: İşğal edilmiş ərazilərdə qeyri-qanuni fəaliyyətlər...

Rəsmi Bakı: İşğal edilmiş ərazilərdə qeyri-qanuni fəaliyyətlər...

Güc tətbiq olunmuş vəziyyətin nəticələri heç vaxt legitim ola bilməz. Güc tətbiqi nəticəsində yaranmış vəziyyət zamanı qeyri-qanuni fəaliyyətlərin həyata keçirilməsi qəbuledilməzdir.

Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev beynəlxalq ictimaiyyətə müraciət edərək bildirib ki, Ermənistanın belə qeyri-qanuni fəaliyyətinə göz yummasınlar:

"Bu ölkələrin fiziki və hüquqi şəxslərinin Azərbaycanın işğal altında olan torpaqlarında qeyri-qanuni fəaliyyətinə son qoyulması istiqamətində işlər aparsınlar. Bəzən xarici ölkələrin fiziki və hüquqi şəxsləri Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərirlər. Biz bunu fundamental faktlar, diplomatik notalarla onların vətəndaşı olduğu ölkələrə təqdim etdiyimiz halda, həmin ölkələrin müvafiq qurumları qeyd edirlər ki, onların qanunvericiliyində belə bir hal yoxdur. Onda belə bir mənzərə yaranır ki, həmin ölkələrin qanunlarını pozmaq olmaz, Azərbaycanınkını isə olar. Amma unutmamaq lazımdır ki, milli qanunvericilik üzərində beynəlxalq hüquqi qanunvericilik və beynəlxalq normalar var ki, hər bir dövlət buna görə məsuliyyət daşıyır".

PA rəsmisi vurğulayıb ki, münaqişənin həllində irəliləyiş, münaqişənin sülh yolu ilə həllini istəyiriksə, bu növ qeyri-qanuni fəaliyyətlərin qarşısı alınmalıdır: "Əks təqdirdə, yəni qeyri-qanuni fəaliyyətlər münaqişənin həlli istiqamətində real və ciddi problemlər yaradır". (trend)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR