Sosial müavinətlər artırıldı - 577 min nəfəri əhatə edəcək
Bizi izləyin

Nida Xəbər

Sosial müavinətlər artırıldı - 577 min nəfəri əhatə edəcək

"Ölkə başçısının sosial müavinətlərin artırılması ilə bağlı imzaladığı sərəncam ciddi artımları özündə ehtiva edir və inqilabi artımlar hesab edilə bilər".

Publika.az
xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla sosial müavinətlərin artırılması ilə əlaqədar keçirilən mətbuat konfransıda çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu artım 577 min vətəndaşı əhatə edəcək:

“Bundan əvvəl pensiyalar, minimum əmək haqqının artırılması ilə bağlı sərəncamlar imzalanıb. Ümumilikdə fevral ayında imzalanan sərəncamlarla 1 milyon 500 minədək vətəndaşın sosial təmninatı gücləndirilmiş oldu. Zaman-zaman müavinətlərin artırılması gündəmə gəlirdi. Biz də hər dəfə bu istiqamətdə iş aparıldığını deyirdik. Bu işin ilk mərhələsi yekunlaşdı. Sərəncama əsasən, 15 gün ərzində qanunvericilik aktları hazırlanacaq aprelin 1-dən etibarən yeni sosial müavinətlər qüvvəyə minəcək. Ümumilikdə bu artım əlavə 400 milyon vəsait deməkdir. Bu il sərəncam aprel ayından qüvvəyə mindiyindən 300 min manat sərf ediləcək. Bu paketin cari dəyəri 392 milyon manat idi. Bu da sosial müavinətlərə ayrılan vəsaitin iki dəfə artması deməkdir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm