Nida Xəbər
Bu şəxslər ayda 400 manat alacaqlar - Nazir açıqladı
Sosial müavinətlərin artırılması ilə bağlı sərəncamla
əlillərin aldığı vəsait ciddi şəkildə artacaq.
Publika.az xəbər verir ki, bu sözləri əmək və əhalinin
sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat
konfransında deyib.
Nazir bildirib ki, bununla da sosial müavinətlər 120-130 faiz
artmış olacaq.
"Bu sərəncamla birinci qrup əlilliyi olan şəxslər üçün müavinət 82
manatdan 150 manata , eyni kateqoriyadan olan vətəndaşlara verilən
prezident təqaüdü isə 73 manatdan 100 manatadək artırılacaq.
Aprelin 1-dən etibarən birinci qrup əlillər 300 manat müavinət
alacaqlar.
Ümumi səbəbdən ikinci qrup əlilliyi olan şəxslərin müavinəti 61
manatdan 130 manat, üçüncü qrup əlilliyi olanlara 52 manatdan 110
manata çatdırılıb.
Birinci qrup müharibə əlilləri 150 manat sosial müavinət alacaq,
prezident təqaüdləri artırılaraq 250 manata çatdırılacaq.
Beləliklə, ümumilikdə birinci qrup müharibə əlilləri ayda 400 manat
vəsait alacaqlar. İkinci qrup müharibə əlilləri cəmi 360 manat,
üçüncü qrup müharibə əlilləri isə 320 manat müavinət alacaq.
Birinci qrup əlillərə qulluq edən şəxslərə əlavə 50 manat dəyərində
əlavə vəsait veriləcək".
Nazirin sözlərinə görə, sağlamlıq imkanı məhdud olan 18 yaşadək
uşaqlar 82 manat alırdılarsa, bu rəqəm indi 150 manata çatdırılır,
onlara qulluq edənlərə əlavə 50 manat müavinət veriləcək:
"Beləliklə sağlamlıq imkanı məhdud olan uşaqlar üçün dövlətin
ayırdığı vəsait 200 manata çatdırılıb, bu rəqəm hazırda 82
manatdır. Bu, ümumilikdə əlilliyi 256 min vətəndaşı əhatə edir.
Sosial müavinətlərə əlavə olaraq 250 milyon, təqaüdlərdə isə 26
milyon artım olacaq. Əlilliyi olan şəxslərə pensiyalarla birlikdə
artım ümumilikdə 300 milyon manatdır".
S.Babayev bildirib ki, həmçinin sosial müavinətin məbləğinin
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların qəyyumları (himayəçiləri) üçün 61 manatdan 100 manata,
müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün 68
manatdan 100 manata, beşdən çox uşağı olan qadınların hər uşağı
üçün 33 manatdan 55 manata, uşağın anadan olmasına görə 109
manatdan 200 manata, dəfn üçün ödənilən sosial müavinətin
məbləğinin isə 146 manatdan 300 manata çatdırılması üçün normativ
hüquqi aktların layihələri nazirlik tərəfindən hazırlanaraq qeyd
olunan müddətdə dövlət başçısına təqdim olunacaq:
"Bu gün imzalanan sərəncam eyni zamanda Azərbaycan Respublikası
Prezidentinin təqaüdü ilə təmin edilənlərin əhatə dairəsinin
genişlənməsinə əsas yaradıb. Yaşa görə müavinət 73 manatdan 130
manata artırılır".
Gülxar
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu