Türkiyə səfiri: "Azərbaycanın sevinci sevincimiz, acısı isə acımızdır"
Bizi izləyin

Nida Xəbər

Türkiyə səfiri: "Azərbaycanın sevinci sevincimiz, acısı isə acımızdır"

“Türkiyə hər zaman Azərbaycanın yanında dayanmalıdır ki, bir daha belə faciə yaşanmasın. Kimlərsə buna cəsarət etməsin”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir bildirib ki, artıq Xocalıya ədalət gəlməli, orada qətlə yetirilən insanların qanı yerdə qalmamalıdır:

“27 il öncə baş verən Xocalı faciəsini anmaq üçün buraya gəlmişik. Azərbaycanın sevinci sevincimiz, acısı isə acımızdır. Bu kədəri paylaşmaq üçün buradayıq. Xocalıda qətlə yetirilən insanların qanı yerdə qalmasın”.

E.Özoral Türkiyədə Xocalı ilə bağlı tədbirlərin keçirildiyini deyib:

“Bir həftədir Türkiyənin əksər şəhərlərində Xocalı ilə bağlı anım tədbirləri keçirilir. Daha bir həftə də bu tədbirlər davam edəcək. Azərbaycanın işğal altında olan torpaqları azad olunmayınca, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmayınca, biz də rahat olmayacağıq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm