Əli Kərimlinin "arxamızca on minlər gəlir" iddiası İFŞA OLUNDU - VİDEO
Bizi izləyin

Nida Xəbər

Əli Kərimlinin "arxamızca on minlər gəlir" iddiası İFŞA OLUNDU - VİDEO

Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bu gün Bakıda keçirilən ümumxalq yürüşü öz təbliğatını gördüyü və ya görəcəyi işlərlə deyil, hakimiyyətin üstünə böhtan atmaq "planı" üzərində quran Əli Kərimli üçün növbəti biabırçılıqla yadda qaldı.

Publika.az xəbər verir ki, ümumxalq yürüşündən çəkilən görüntülər xalqın kimin arxasınca getdiyinin tam aydın göstərdi.

Görüntülərdən bir daha göründü ki, ümumxalq yürüşündə iştirak edən cənab Prezident İlham Əliyevin arxasında böyük izdiham var idi. Əli Kərimlinin arxasında isə 5-10 nəfər hərəkət edirdi. Bu görüntülər bir daha radikal müxalifətin"xalqın narazılığı", kütlənin onun arxasınca getdiyi, xalqın fikrini ifadə etdiyi barədə iddialarının növbəti dəfə ifşası oldu.

Niyə Əli Kərimli Xocalı abidəsini ziyarətə edərkən ətrafında bu qədər az adam olub? Səbəblərdən biri də odur ki, havadarları bu aksiya üçün ona pul ayırmayıblar. Havadarları tərəfindən pul ayrılmadığı üçün Əli Kərimli Xocalı abidəsinin ziyarətinə 5-10 nəfərlə gələ bildi.

Görünür, Əli Kərimli xalq deyəndə ətrafındakı 5-10 nəfəri nəzərdə tuturmuş. Bu görüntülərlə Əli Kərimlinin "arxamızca on minlər gəlir" iddiası növbəti dəfə ifşa olundu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm