Elmar Məmmədyarov belçikalı həmarına Xocalıdan danışdı
Bizi izləyin

Nida Xəbər

Elmar Məmmədyarov belçikalı həmarına Xocalıdan danışdı

Xarici işlər naziri Elmar Məmmədyarov Cenevrəyə işgüzar səfəri çərçivəsində Belçika Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri üzrə naziri Didye Reynders ilə görüşüb.

Publika.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Belçika arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyəti haqda fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinin cari vəziyyəti haqqında həmsöhbətinə məlumat verib və bu gün 27-ci ildönümü anılan, Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımından bəhs edib.

Daha sonra tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm