• USD 1,7000 0,00% EUR 1,9090 -0,31%
    • GBP 2,1180 -0,27% RUB 0,0241 +0,41%

Türk yazarın Azərbaycanla bağlı möhtəşəm yazısı

Türk yazarın Azərbaycanla bağlı möhtəşəm yazısı

Türkiyənin “Yeni akit” nəşrinin məşhur köşə yazarı Əli Qarahəsənoğlu bugünkü yazısını Xocalı soyqırımına həsr edib.

Axar.az Əli Qarahəsənoğlunun rezonans doğuran köşə yazısının bir hissəsini sizə təqdim edir:

“Bir erməni jurnalist öldürüldüsə, həmin an küçələrə axışarlar. “Hamımız Hrantıq” deyərlər. Bəs etməz. “Hamımız erməniyik” deyərlər. Etiraz edən birinimi gördülər? “Hamımız erməniyik nə deməkdir, siz necə erməni ola bilərsiniz?” deyən biriləmi qarşılaşdılar? “İnsan deyilsiniz siz. Öldürülən bir jurnalistə sahib çıxmaq üçün “hamımız erməniyik” desək, nə olar axı? Bunu belə anlamırsınız, bir jurnalistə, bir insana sahib çıxdığımız üçün nifrət dolu sözlərə məruz qalırıq” deyib etiraz edərlər.

“Biz insanlığın ortaq dəyərlərini təmsil edirik. Mövzu erməni olmaq deyil, haqsızlığa uğramaqdır” deyərlər. “Siz anlamazsınız insanlığın ali dəyərlərini” deyib təhqir edərlər…

İçimizdəki saf dostlar da yağlarını əridərək bu ifadələri dinləyərlər.

“Hə də… Önəmli olan məzluma sahib çıxmaq. İnancı, dini, məzhəbi nə olursa olsun. Məzlum olan hər kəsə sahib çıxmaq lazımdır. Bunlar da məzluma sahib çıxırlar” deyərlər…

O zaman haydı buyurun. “Hamımız erməniyik” şüarındakı ermənilərlə bağlı olduğu üçün Xocalı qətliamından başlayaq…

Dünən Xocalıda 700-ə yaxın dinc azərinin Ermənistan əsgərləri tərəfindən öldürülməsinin ildönümü idi.

Dininə, inancına, məzhəbinə baxmadan, bütün məzlumlara sahib çıxdıqlarını iddia edənlərdən bir nəfəri belə “Bu gün hamımız azəriyik. Bu gün hamımız türkük” deyə bir şüar səsləndirdimi?

Bizə insanlıq dərsi verənlər, hər il qondarma soyqırım iddiası ilə 100 il bundan əvvəlin hesabını bizdən tələb etmək üçün başımızın üstünü tutanlar 1992-ci ildəki Xocalı qətliamını ikicə kəliməlik bir açıqlama ilə qınadılarmı?

Solçular, sosialistlər, kommunistlər, imperialism əleyhdarları necə oldunuz, hara gizləndiniz? Hrant Dink insandı, Xocalıda öldürülən azərilər insan deyil? Kiçik uşaqlar, qadınlar insan deyil? Niyə onlara da bir əl uzatmırsınız? Niyə məzlum olana dinini, irqini soruşmadan sahib çıxmırsınız? Yoxsa bu dəyərləriniz yalnız məzlum erməni olanda qüvvədədir? Məzlum müsəlmandırsa, məzlum erməni deyilsə qüvvədə deyilmi? Daha da önəmlisi, öldürən ermənidirsə, o hadisə sizi heçmi maraqlandırmır?

Bənzər ikiüzlülük bir başqa nümunə ilə qarşımızda…

Əliqanlı terrorçular üçün edam cəzası verilməsi gündəmə gəldimi? Kiçik qızlara təcavüz edib, sonra öldürən cəhənnəmin ən aşağı qatına haqq qazanan məxluqlara edam cəzası verilməsimi istənir?

Buyursun solçular. Buyursun humanistlər. Buyursun insanlığın bəşəri dəyərlərindən bəhs edənlər. Xocalı qətliamı üçün, Misirdə edam edilən 9 gənc üçün gec də olsa, bir etiraz təşkil etsinlər. “Hamımız azəriyik” desinlər, “Hamımız türkük” desinlər, “Hamımız İhvanıq”, “Hamımız müsəlmanıq” desinlər. Demirlərmi? Mən də o zaman diaqnozumu qoyuram. “Sizlər insan-filan deyilsiniz, cəhənnəmlik zalımlarsınız!”.

Yazının tam mətnini BURADAN oxuya bilərsiniz.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR