Müdafiə Nazirliyindən erməni nazirə SƏRT CAVAB: Azərbaycan Ordusu...
Bizi izləyin

Nida Xəbər

Müdafiə Nazirliyindən erməni nazirə SƏRT CAVAB: Azərbaycan Ordusu...

Ermənistanın müdafiə naziri David Tonoyan mülki şəxsdir və onun hərbi strategiya, müdafiə, hücum barədə o qədər də dərin anlayışı yoxdur. Lakin D.Tonoyan müdafiə naziri olaraq ölkəsinin hərbi strategiyasının müdafiədən hücuma dəyişdiyini bəyan etməklə Ermənistanın işğalçı dövlət olduğunu və 2016-cı ilin aprel döyüşlərinin məhz bu ölkənin təxribatları nəticəsində baş verdiyini bir daha rəsmi şəkildə təsdiq etdi.

Bunu D.Tonoyanın Ermənistanın ictimai televiziyasında çıxışı zamanı bu ölkənin hərbi strategiyasının müdafiədən hücuma dəyişdiyini söyləməsi ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlı qeyd edib: “Azərbaycan Ordusu bütün istiqamətlərdə Ermənistan ordusundan üstündür və bu orduların imkanları müqayisəedilməzdir. Bunu D.Tonoyanın özü də dəfələrlə etiraf edib. Səbəb isə 2016-cı ilin aprel döyüşləri, həmçinin Günnüt əməliyyatı zamanı Ermənistan ordusunun döyüş meydanından məğlub olaraq qaçmasıdır.

Hər iki əməliyyatda düşmən ordusunun məğlubiyyətində payı olan şəxsin belə populist açıqlaması yalnız daxili auditoriya üçün keçərlidir və hərbi baxımdan heç bir əhəmiyyət kəsb etmir. Ermənistan ordusunun istər yaxın gələcəkdə, istərsə də uzunmüddətli perspektivdə Azərbaycan Ordusu ilə müqayisə edilmək imkanına malik olması isə D.Tonoyanın baş tutmayacaq röyasıdır”. (azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm