Azərbaycan Cəmmu və Kəşmir mübahisəsinin sülh yolu ilə həllini dəstəkləyir - Rəsmi Bakı
Bizi izləyin

Nida Xəbər

Azərbaycan Cəmmu və Kəşmir mübahisəsinin sülh yolu ilə həllini dəstəkləyir - Rəsmi Bakı

Azərbaycan Hindistan və Pakistanı vəziyyətin daha da gərginləşməsindən çəkinməyə çağıran ölkələrin səsinə qoşulur.

Bunu Publika.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildiriblər.

Məlumatda qeyd olunur ki, Azərbaycan Cənubi Asiyada sülh və təhlükəsizlik üçün zəruri olan Cəmmu və Kəşmir mübahisəsinin sülh yolu ilə həllini dəstəkləyir: "Ölkəmiz beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, bölgədə zorakılığa son qoyulması, eləcə də sülh, təhlükəsizlik və rifahın təmin olunmasına yönələn bütün səyləri dəstəkləyir", məlumatda vurğulanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm