Türkiyə Parlamentinin yeni spikerinin Azərbaycana səfər TARİXİ məlum oldu
Bizi izləyin

Nida Xəbər

Türkiyə Parlamentinin yeni spikerinin Azərbaycana səfər TARİXİ məlum oldu

Türkiyə Parlamentinin yeni seçilmiş spikeri Mustafa Şentopun Azərbaycana səfər tarixi dəqiqləşib.

M.Şentopun martın 5-6-da Azərbaycana səfər edəcəyi bildirilir. Səfər çərçivəsində türkiyəli spikerin Azərbaycanda yüksək səviyyəli görüşlər keçirəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyə KİV-ləri spikerin, həmçinin Şimali Kiprə də səfər edəcəyi barədə xəbər yayıb.

Xatırladaq ki, hakim Ədalət və İnkişaf Partiyasının namizədi Mustafa Şentop fevralın 24-də keçirilmiş səsvermə nəticəsində Türkiyə Böyük Millət Məclisinin sədri seçilib və bu vəzifədə Binəli Yıdırımı əvəz edib. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm