• USD 1,7000 0,00% EUR 1,8782 0,00%
    • GBP 2,2307 0,00% RUB 0,0275 0,00%
election

Xuraman Qasımova: "Bu cür görüşləri mümkün qədər tez-tez keçirmək lazımdır"

Xuraman Qasımova: "Bu cür görüşləri mümkün qədər tez-tez keçirmək lazımdır"

Yaradıcı ziyalıların Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü çox mühüm və məhsuldar oldu, bu görüş gözəl ölkəmizin gələcək inkişafına xidmət edəcək.

Bunu Trend-ə məşhur opera müğənnisi, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli, Bakı Musiqi Akademiyasının professoru, xalq artisti Xuraman Qasımova deyib.

O bildirib: “Görüş zamanı yaradıcı ziyalıların vacib məsələləri qaldırılıb və fikrimcə Azərbaycan Prezidenti və birinci xanım bu görüşdən məmnun qalıb. Bu cür görüşləri mümkün qədər tez-tez keçirmək lazımdır ki, biz öz problemlərimizi birbaşa dövlət başçısına çatdıraq və onların həll yollarını tapaq. Görüşdən yaxşı təəssüratlar qaldı, cənab Prezident söz verdi ki, bu formatda yaradıcı ziyalılarla daha sıx görüşəcək. Hər zaman mədəniyyətə və yaradıcı xadimlərə böyük dəstək göstərən Mehriban xanım da çox səmimi idi. Bu, böyük bir ailənin görüşü idi!”

X.Qasımovanın sözlərinə görə, onun və bacısı, SSRİ Xalq artisti Fidan Qasımovanın şəxsi xahişləri yox idi, çünki onlar həmişə dövlət tərəfindən diqqət və qayğı ilə təmin olunub:

“Görüş göstərdi ki, dərhal həll oluna bilən problemlər var, məsələn, hər hansı səbəblərdən diqqətdən kənar qalmış yaşlı mədəniyyət və incəsənət xadimlərinə diqqət ayırmaq, onları mənzillə təmin etmək, rifahını yaxşılaşdırmaq. Görüşdə musiqi məktəblərinin alətlərlə təmin olunması, televiziya proqramlarının keyfiyyətinin yaxşılaşması, milli irs və mədəniyyətinin təbliğatının güclənməsi təklif olunub”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR