Qarabağ erməniləri azərbaycanlıdır - Axverdyandan ŞOK ETİRAF
Bizi izləyin

Nida Xəbər

Qarabağ erməniləri azərbaycanlıdır - Axverdyandan ŞOK ETİRAF

Erməni müğənni Ruben Axverdyan teleaparıcı Hamlet Quşyana müsahibəsi zamanı Qarabağ ermənilərinin azərbaycanlı olduğunu bildirib.

Axar.az xəbər verir ki, Axverdyan bu sözlərini həmin ermənilərin Azərbaycan mühitində böyüməsi ilə əlaqələndirib.

Müğənninin sözləri sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. İş o yerə çatıb ki, məsələyə özünü hüquq müdafiəçisi adlandıran Artak Beqlaryan da münasibət bildirib:

“Axverdyan təmizlənməli və ya namazına geri dönərək şikəstliyini qəbul etməlidir. İrəvan türklərdən yenicə təmizlənmişdi ki, türk musiqisi və ideyaları yenidən qayıtdı”.

“Hüquq müdafiəçisi” həmçinin erməni müğənnini təhdid edib:

“Bu cür “intellektual”ların olduğuna təəssüf edirəm. Mən bunu erməni və hüquq müdafiəçisi kimi deyirəm. Əgər mən başqa bir statusda olsaydım, reaksiyam daha da sərt olardı”.

Yeri gəlmişkən, bu şəxs Ermənistanın daxilindəki qalmaqalla bağlı günahı azərbaycanlıların üzərinə atmağa çalışıb. Belə ki, onun şərhinə Axverdyanı dəstəkləyən 10-a yaxın şərh yazılıb. Həmin şəxslər erməni xalqının düçar olduğu bəla və yoxsulluqda məhz Qarabağ ermənilərini günahkar hesab etdiklərini bildiriblər.

Sözügedən şərhlərin azərbaycanlılar tərəfindən yazılması fikrinə düşən Beqlaryan hətta bu şəxslərin həqiqətən İrəvan ermənisi olacağı halda belə onların bu fikirlərə haqqı çatmadığını və susmalı olduğunu qeyd edib.

Ermənistanın daha bir “xadim”i David Babayan isə daha kəskin reaksiya ilə yadda qalıb. O, Axverdyanın psixoloji müalicəyə göndərilməli olduğunu söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm