Polad Bülbüloğlu “İlin səfiri” seçildi - FOTO
Bizi izləyin

Nida Xəbər

Polad Bülbüloğlu “İlin səfiri” seçildi - FOTO

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “İlin səfiri” seçilib.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, sorğu “Utro.az” saytı tərəfindən aparılıb.

Ölkəmizin Moskvadakı səfirliyində keçirilən mükafatlandırma mərasimində Polad Bülbüloğlu deyib: “Mənə səs verən hər bir oxucuya təşəkkürümü bildirirəm və mükafatı məmnuniyyətlə qəbul edirəm. Bir azərbaycanlı kimi, ömrümün sonunadək Azərbaycan üçün, Qarabağ probleminin həlli üçün əlimdən gələni əsirgəməyəcəyəm”. O, ən böyük arzusunun Xarı Bülbül Festivalının yenidən Şuşada keçirilməsi olduğunu qeyd edib.

“Utro.az” saytının baş redaktoru Habil Ağazadə bildirib ki, “İlin səfiri” sorğusu ötən ilin noyabrında saytın oxucuları arasında keçirilib. Sorğuda 10 min 500-dən çox oxucu iştirak edib. Polad Bülbüloğlu 41 faiz (4315 nəfər) səslə “İlin səfiri” seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm