Paşinyan İlham Əliyevlə görüşdən DANIŞDI: Danışıqlarda...
Bizi izləyin

Nida Xəbər

Paşinyan İlham Əliyevlə görüşdən DANIŞDI: Danışıqlarda...

Ermənistan baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasındakı qarşıdakı danışıqlarda Dağlıq Qarabağ konfliktinin həll formatı da müzakirə ediləcək.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Nikol Paşinyan martın 5-də Brüsseldə Avropa Komissiyasının Avropa Siyasəti, Qonşuluq və Genişlənmə üzrə komissarı Yohannes Xanla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Siz bilirsiniz ki, bizim əlaqələrimiz qeyri-formal xarakter daşıyırdı. Faktiki olaraq, biz Dağlıq Qarabağ probleminin nizama salmasının incəlikləri və metodları haqqında heç danışmırdıq. Bizim qarşıdakı görüşümüz həmçinin danışıqların formatının müzakirəsinə həsr ediləcək. Biz hesab edirik ki, problemin nizama salması üçün ilk növbədə effektiv formatı yaratmaq, ilk növbədə Dağlıq Qarabağın iştirakını təmin etmək lazımdır”, - erməni baş naziri qeyd edib.

Yohannes Xan isə öz növbəsində münaqişənin nizama salınması üzrə mövcud formatın saxlanılmasına ehtiyacı olduğunu bildirib. Avrokomissar Paşinyanın hökumət başçısı olduğu müddətdə Xarici İşlər Nazirliyinin başçıları səviyyəsində Azərbaycan və Ermənistan arasında danışıqları irəliləyiş adlandırıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm