Ermənilərin işdən çıxartdırdığı Yaşaroğlu... - MŞ
Bizi izləyin

Nida Xəbər

Ermənilərin işdən çıxartdırdığı Yaşaroğlu... - MŞ

Rusiyanın Sputnik informasiya agentliyinin Azərbaycan bürosunun baş redaktoru Mətin Yaşaroğlunun işdən çıxarılma səbəbi antierməni mövqeyi və Moskvada düşmən təbliğatına qarşı etirazları olubsa, bununla bağlı lazımi tədbirlər görülməlidir.

Bu sözləri Axar.az-a Rusiyanın Sputnikinformasiya agentliyinin Azərbaycan bürosunun baş redaktoru Mətin Yaşaroğlunun işdən çıxarılmasına münasibət bildirən Mətbuat Şurasının (MŞ) sədr müavini Müşfiq Ələsgərli deyib. O bildirib ki, Mətin Yaşaroğlu işdən çıxarılma səbəbini rəsmən bəyan etməlidir:

“Bu informasiya aidiyyəti olan şəxs tərəfindən hələlik rəsmən bəyan edilməyib. Mətin bəy işdən çıxma səbəbi kimi antierməni mövqeyi olduğunu deməyib. Lakin həqiqətən də bu hadisə baş veribsə, çox ciddi məsələdir. Burada bir informasiya qurumunun Azərbaycana qarşı normal olmayan siyasətindən söhbət gedir və buna görə ölçü götürülməlidir. Düşünürəm ki, mütləq şəkildə cavab tədbirləri olmalıdır. Amma əvvəlcə bu səbəbi Mətin bəyin özü və təmsil etdiyi qurum təsdiqləməlidir. Məlumat təsdiqlənərsə, təbii ki, zəruri addımlar atılmalı, adekvat cavab verilməlidir”.

Qeyd edək ki, Rusiyanın Sputnik informasiya agentliyinin Azərbaycan bürosunun baş redaktoru Mətin Yaşaroğlunun işdən çıxarılmasına səbəb kimi onun antierməni mövqeyi, agentliyin baş ofisində (Moskvada) düşmən təbliğatına qarşı kəskin etirazları göstərilir. İddiaya görə, onun vəzifədən alınmasında ermənilərin ciddi səyi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm