ABŞ-ın yeni təyin olunan səfiri Bakıya gəlib
Bizi izləyin

Nida Xəbər

ABŞ-ın yeni təyin olunan səfiri Bakıya gəlib

ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri Örl Litzenberger Bakıya gəlib.

Publika.az xəbər verir ki, amerikalı diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

Xatırladaq ki, ötən gün Dövlət Departamentində Ö.Litzenbergerin andiçmə mərasimi keçirilib.

Qeyd edək ki, Ö.Litzenbergerin sələfi Robert Sekuta Azərbaycandakı diplomatik missiyasını ötən il mart ayında başa vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm