Kərim Tahirov: “Nəsimi ili” çərçivəsində keçiriləcək bütün tədbirlər
Bizi izləyin

Nida Xəbər

Kərim Tahirov: “Nəsimi ili” çərçivəsində keçiriləcək bütün tədbirlər

İmadəddin Nəsimi Azərbaycanda fəlsəfi poeziyanın əsasını qoyan dahi şəxsiyyətlər sırasında özünəməxsus yer tutur. Böyük şairin yaradıcılığı, onun fikir və düşüncələrini poetik tərzdə səlis ifadəsi hər zaman poeziyasevərlər tərəfindən düşündürücü olub.

Bu sözləri AZƏRTAC-a Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov deyib. “Nəsimi ili”ni dünya ədəbiyyatında tarixi hadisə kimi dəyərləndirən Kərim Tahirov bildirib ki, Azərbaycanda tarixi şəxsiyyətlərin yaradıcılığının təbliğinə dair ənənə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər 1970-ci illərdə Nəsiminin 600 illik yubileyinin UNESCO-da keçirilməsinə nail olmaqla, sözün əsl mənasında mədəni inqilab edib. Ən gözəl ekran əsərlərimiz sırasında yer alan “Nəsimi” filmi, Bakının mərkəzi rayonlarından birinə və Bakı metro stansiyalarının birinə Nəsiminin adının verilməsi, onun abidəsinin ucaldılması ümumilikdə Azərbaycan ədəbiyyatı qarşısında tarixi xidmətlərdir. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi təxirəsalınmaz vəzifələr müəyyən edir. “Nəsimi ili” çərçivəsində görülən işlər də bu vəzifələrin tərkib hissəsidir. Ankarada və İstanbulda keçirilən “Nəsimi ili”nin açılış mərasimlərinin uğurla başa çatdığını diqqətə çatdıran professor deyib ki, XV əsrə aid əlyazmalarının surətləri, dahi şairin 1844-cü və 1881-ci illərdə Türkiyədə ilk dəfə çap edilən kitabları, 1926-cı ildə Bakıda nəşr edilmiş ilk əsəri, Nəsiminin dünya xalqlarının dillərinə tərcümə olunaraq müxtəlif ölkələrdə çap olunmuş əsərləri, eləcə də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə nəfis şəkildə buraxılmış iki cildliyi və digər kitablar oxucular, xüsusilə də tədqiqatçılar tərəfindən maraqla qarşılanıb. Nəsiminin həyat və yaradıcılığı ilə bağlı təşkil olunan tədbirlərin əhəmiyyətini yüksək dəyərləndirən Kərim Tahirov, böyük şairin poeziya səltənətinin tərənnümündə KİV-in imkanlarından da geniş istifadə olunduğunu qeyd edib. Əlavə edib ki, “Nəsimi ili” çərçivəsində türk dünyasının ayrı-ayrı şəhərlərində keçiriləcək bütün tədbirlər dahi şairin yaradıcılığının təbliğinə böyük şərait yaradacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm