Nida Xəbər
2 gün sonra ordumuz HƏRƏKƏTƏ KEÇƏCƏK: on min əsgər, yüzlərlə texnika hazır vəziyyətdə
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 11-dən 15-dək müdafiə nazirinin rəhbərliyi altında genişmiqyaslı təlimlər keçiriləcək.
Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.
Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarını yerinə yetirəcək.
Eyni zamanda təlim mərkəzləri və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, o cümlədən raket buraxılışları praktiki icra olunacaq.
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."