Küveytdən Azərbaycana DƏSTƏK
Bizi izləyin

Nida Xəbər

Küveytdən Azərbaycana DƏSTƏK

Xarici işlər naziri Elmar Məmmədyarov Xalid Əl-Uteybinin rəhbərlik etdiyi Küveyt Millət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Publika.az xəbər verir ki, qonaqları salamlayan nazir Elmar Məmmədyarov ikitərəfli siyasi münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirib və iqtisadi əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Azərbaycan və Küveyt hökumətləri arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın iclasının tezliklə keçirilməsinin zəruriliyini vurğulayıb.

Azərbaycanın Küveyt vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq etdiyini bildirən nazir Elmar Məmmədyarov iki ölkə arasında birbaşa hava əlaqəsinin mövcudluğunun turist axınının artmasına təkan verəcəyinə əminliyini ifadə edib.

Azərbaycanda olmaqlarından məmnunluğunu bildirən Xalid Əl-Uteybi ikitərəfli münasibətlərin qədim tarixə əsaslandığını söyləyərək ticarət əlaqələrinin daha da genişləndirilməsinin zəruriliyini qeyd edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaqlar Küveytin Azərbaycanın münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini xüsusilə vurğulayıb.

Münaqişə ilə bağlı Küveytin ədalətli mövqeyinə və dəstəyinə görə təşəkkürünü ifadə edən nazir Elmar Məmmədyarov müstəqilliyimizin ilk illərində azərbaycanlı qaçqın və məcburi köçkünlərə Küveytin humanitar yardımını yüksək qiymətləndirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm