Elmar Məmmədyarov Ukraynanın yeni səfirini qəbul etdi - FOTO
Bizi izləyin

Nida Xəbər

Elmar Məmmədyarov Ukraynanın yeni səfirini qəbul etdi - FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Vladislav Kanevskini qəbul edib.

Publika.az xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb.

Tərəflər Azərbaycan və Ukraynanın daim bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini, regiondakı münaqişələrin dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində həllinə tərəfdar olduqlarını bəyan ediblər.

Səfir Kanevski ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfir Vladislav Kanevskiyə diplomatik fəaliyyətində uğurlar arzu edib.

Səfir Vladislav Kanevski etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm