Nida Xəbər
DTX Bakıda məcburi eniş edən təyyarə ilə bağlı açıqlama yaydı
Dövlət Təhlükəsizliyi Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi bu gün Bakıda məcburi eniş edən Rusiya Federasiyasının “Uralskiye Avialinii” aviaşirkətinə məxsus “Aerobus 321” tipli təyyarə ilə bağlı məlumat yayıb.
Publika.az-a daxil olan məlumatda bildirilir ki, 2019-cu il mart ayının 11-də saat 14:15-də Azərbaycan Respublikasının hava məkanından keçməklə “Bəhreyn-Moskva” marşrutu üzrə uçuş edən Rusiya Federasiyasının “Uralskiye Avialinii” aviaşirkətinə məxsus “Aerobus 321” tipli təyyarədən Heydər Əliyev Beynəlxalq Hava Limanının dispetçer məntəqəsi ilə əlaqə saxlanılaraq, gövdəsində 222 sərnişinin və ekipaj üzvünün olduğu hava gəmisinin salonunda partlayıcı vasitə olmasına dair yazının aşkar edildiyi barədə məlumat verilmiş, təyyarə hava limanına məcburi eniş edib.
Mövcud beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, hadisə
ilə əlaqədar kompleks təxirəsalınmaz prosedur tədbirlərə
başlanılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin göstərişi ilə yaradılmış Qərargahın sədri – Dövlət
Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev,
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev,
Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı
Səfər Mehdiyev, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti
Cahangir Əsgərov və digər aidiyyəti dövlət orqanlarının məsul
şəxsləri hava limanına gəlmişlər.
Müvafiq tədbirlər çərçivəsində hava gəmisinin sərnişinləri və
ekipaj üzvləri çevik təxliyyə olunmuş, zəruri şəraitlə təmin
edilmiş, psixoloji və digər yardıma ehtiyacı olanlara xüsusi diqqət
göstərilmişdir. Hüquq mühafizə orqanlarının mütəxəssislərindən
ibarət əməliyyat-istintaq qrupu və xüsusi təyinatlı heyət
tərəfindən texniki, kinoloji və digər vasitələrdən istifadə etməklə
təyyarədə kompleks antiterror yoxlamaları aparılmış, hava gəmisinə
baxış keçirilmiş, hadisənin səbəbi ilə əlaqədar hərtərəfli
araşdırmalara başlanılmışdır.
Nəticədə təyyarədə partlayıcı maddə və qurğuların olmadığı müəyyənləşdirilmiş, hadisənin səbəbi ilə bağlı əldə edilməsi təxirəsalınmaz olan məlumatlar toplanılaraq rəsmiləşdirilmişdir.
Hazırda hava gəmisinin sərnişinləri və ekipaj üzvləri müvafiq qaydada yerləşdirilmişlər. Təyyarənin ən qısa zamanda təyinat nöqtəsi üzrə uçuşu təmin ediləcəkdir. Beynəlxalq Hava limanı ştat rejimində fəaliyyətini davam etdirir.
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov