"Yanvarda 5600-dən çox vətəndaşın pensiya təminatı elektron şəkildə həyata keçirilib"
Bizi izləyin

Nida Xəbər

"Yanvarda 5600-dən çox vətəndaşın pensiya təminatı elektron şəkildə həyata keçirilib"

Avropa İttifaqının dəstəyi ilə icra olunan “Azərbaycan Respublikasında pensiya təminatı sistemi islahatının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin yekunlarına dair konfrans keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiya təminatı əhalinin sosial müdafiəsində önəmli rola malik olduğunu deyib:

“Prezident İlham Əliyevin uğurlu sosial islahat proqramları pensiya təminatının inkişafında əhəmiyyətli rola malikdir.Pensiya təminatı üzrə avtomatlaşdırılmış maliyyə nəzarət sisteminin inkişaf etdirilməsi sahəsində səmərliliyin artırılması büdcənin tərtibatında Avropanın qabaqcıl təcrübələri əsasında qiymətləndirmələr aparılıb. Son iki ildir Fransa ilə pensiya təminatının təkmilləşdirilməsi istiqamətində iş aparırıq. Avropalı ekspertlərlə birlikdə layihənin bütün komponentləri üzrə məqsədyönlü addımlar atılıb. Hesab edirəm ki, pensiya sahəsində islahatlar prosesində bu layihə üzrə görülmüş işlərin nəticələri, qabaqcıl təcrübələrin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir”.

Nazir bildirib ki, pensiya təminatında bürokratik əngəllərin aradan qaldırılması mühüm məsələdir. Onun sözlərinə görə, təkcə bu ilin yanvar ayında 5600-dən çox vətəndaşın pensiya təminatı elektron şəkildə həyata keçirilib:

“Pensiya təminatında vacib məsələlərdən biri maliyyə təminatı ilə bağlıdır. Dayanıqlığını təmin etmək üçün 30-50 illik dövrü düzgün proqnozlaşdırmaq lazımdır. Bizim həyata keçirdiyimiz layihənin əsas məqsədi həm də uzun müddətli proqnoza yönəlib. Bu sahədə ən yaxşı təcrübənin ölkəmizə gətirilməsi istiqamətində vacib addımlar həyata keçirilib”.

Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri və Avropa İttifaqının ölkəmizdəki səfiri Kestutis Yankauskas ötən dövr ərzində icra olunan birgə layihələrin Azərbaycanda pensiya sistemini inkişafına dəstək məqsədi daşıdığını deyib:

“Pensiya təminatı üzrə tvinninq layihəsi pensiya sahəsində islahatlar prosesində öz rolunu oynayacaq. Azərbaycanın sosial müdafiə sisteminin təkmilləşdirilməsində son illərdə icra olunan layihələrinin əhəmiyyətinin böyük olacağına inanıram. Azərbaycan tvinninq layihələrinin icrasında aparıcı ölkələrdəndir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm