"Bir gün hər kəs bu problemdən əziyyət çəkəcək" - Cəmil Çiçək
Bizi izləyin

Nida Xəbər

"Bir gün hər kəs bu problemdən əziyyət çəkəcək" - Cəmil Çiçək

"Bu gün Azərbaycanda evindən didərgin düşən məcburi köçkünlər, Afrikada aclıqdan əziyyət çəkənlərlə G20 ölkələrində yaşayanların qloballaşma anlayışı fərqlidir. Hesab edirəm ki, qloballaşma deyəndə bu fərqləri nəzərə almalıyıq".

Publika.az
xəbər verir ki, bu sözləri Türkiyə Parlamentinin eks sədri (2011-2015) Cəmil Çiçək VII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

C.Çiçək bildirib ki, bəzi məsələlərin həllində qloballaşma yeni imkanlar yaradıb:

“Qloballaşmanın sonunun gəlməsi fikirlərinə nə tam neqativ, nə də pozitiv yanaşıram, realist yanaşacam. Qloballaşmanın başlanğıcında qarşıya qoyulan məqsədə bu gün nail olmuşuqsa, demək yanaşma müsbət olmalıdır. Demokratiya, ekoloji problemlərin həlli üçün qloballaşma ciddi addımlar atılıb. Lakin bu gün bəzi böyük ölkələrin ekoloji problemlərin həllindən kənara çəkilməsi kimi açıqlamalarla 30 il əvvəlki vəziyyətə qayıtmış olur. Bu gün terror bütün bəşəriyyətin problemidir. Bir gün hər kəs bu problemdən əziyyət çəkəcək. Terror ölkələrin xarici siyasətdə əsas alətinə çevrilib. Terror qloballaşıb. Bu müharibələr nəticəsində milyonlara insan evindən didərgin düşüb. Bu zülm, istirablar nə zaman bitəcək?Qloballaşmanın yaratdığı problemlərin həlli üçün beynəlxalq təşkilatlar yoxdur. Türkiyə bu işlərdə üstünə düşəni edir. Lakin bəzən yanında, arxasında heç kimi görmür. Əvvəl terrorçular təhsili az olanlar idi, bu gün isə daha çox təhsilli şəxslər təşkilatlara cəlb edilir. Hətta inkişaf etmiş ölkələrdən terror təşkilatları ilə işbirliyində çalışır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm