Nida Xəbər
Zakir Həsənov kollegiya iclası keçirdi
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin yekunlarına dair Müdafiə Nazirliyinin səyyar kollegiya iclası keçirilib.
Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən məsul zabitlərin iştirak etdiyi iclasda müdafiə naziri general-polkovnik Zakir Həsənov “Azərbaycan Ordusunun 2019-cu tədris ilinə vəzifələrinin dəqiqləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib.
Təlimlərin nəticələrini təhlil edən müdafiə naziri bildirib ki, qarşıya qoyulan vəzifələr tam həcmdə icra olunub və plana uyğun olaraq qoşunlar irimiqyaslı döyüş əməliyyatlarını uğurla yerinə yetiriblər.
Müdafiə naziri qeyd edib ki, təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat hazırlığı daha da təkmilləşdirilərək yeni səviyyəyə yüksəldilib, qərargahlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.
Nazir komandanlığın təlimə cəlb edilən qoşunları idarəetmə
bacarığını və hərbi qulluqçuların döyüş əzmini yüksək
qiymətləndirib.
General-polkovnik Z.Həsənov keçirilən təlimin əhəmiyyətini
vurğulayaraq, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında
qoyduğu tapşırıqları bir daha kollegiya iştirakçılarının diqqətinə
çatdırıb.
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO