Nida Xəbər
Yataqxana problemini bu yolla həll edək - Vitse spikerdən TƏKLİF
"Təhsil müəssisələrində oxuyan tələbələrin hansı
şəraitdə yaşadıqları, hansı şəraitdə dərsə hazırlaşdığı məsələsinə
toxunmaq istəyirəm. On minlərlə tələbənin yataxanaya ehtiyacı
var".
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin
vitse-spikeri Valeh Ələsgərov hökumətin 2018-ci illə bağlı
fəaliyyətinə dair hesabatının müzakirə edildiyi parlamentdə çıxışı
zamanı bildirib.
Vitse-spiker qeyd edib ki, Milli Məclis 2016-cı ildə müvafiq qanun
qəbul edib: “Biz bu qanuna əlavələr etsək, onun normativ hüququ
prosedurlarını hazırlasaq, deməli, yataqxanaların tikilməsi üçün
qanuni baza yarada bilərik. Bundan sonra Təhsil Nazirliyi müvafiq
tender keçirə,sahibkarlıq və biznes subyektləri bu tenderdə iştirak
edə bilər. Nəticədə qalib gələn şirkət yataqxana tikə, onun
istismarını həyata keçirə bilər. Tələbələrimiz də günün tələbatına
uyğun olaraq yaşamaq və oxumaq imkanı əldə edə bilər”.
Valeh Ələsgərov əlavə edib ki, bu yükü dövlət üzərinə götürə
bilməz: “Lakin biznes strukturları işə cəlb edilsə, problemin
həllinə, onun tərpənişinə cəhd olunar. Dövlət bu prosesə başqa
formada dəstək verə bilər. Məsələn, tenderdə qalib gələn şirkətə
dövlət torpaq ayıra, onu vergidən azad edə bilər. Nəticədə
tələbələr daha az ödəniş etməklə yüksək keyfiyyətli şəraitlə təmin
oluna və təhsilini davam etdirə bilər. Hesab edirəm ki, bu yolla
getsək, problemi müəyyən qədər həll etmək olar”.
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq