Nida Xəbər
Azərbaycanda əfv sərəncamının icrasına başlanıldı
Prezident İlham Əliyevin martın 16-da imzaladığı məhkum
edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamının
icrasına başlanılıb.
Publika.az xəbər verir ki, əfv sərəncamının icrası
bu gün səhərdən Pentensiar Xidmətin cəza çəkmə müəssisələrində
həyata keçirilir.
Qeyd edək ki, martın 16-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması
haqqında” Sərəncam imzalayıb.
Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə
üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının
müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
ünvanlanmış əfv haqqında müraciətlərinə baxıldığı, məhkumların
şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri
müddətdə davranışlarının nəzərə alınaraq, humanizm prinsiplərinə
əsaslandığı qeyd edilib.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş
399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum
edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il
müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.
Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının
çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.
Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş
11 nəfər cəzadan azad olunub.
Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir
nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah
işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə
cərimə cəzasından azad edilib.
Prezident İlham Əliyevin bu gün imzaladığı “Məhkum edilmiş bir sıra
şəxslərin əfv olunması haqqında” sərəncamı əsasında azad edilənlər
arasında bir sıra tanınmış şəxslər də var.
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlı
(1962-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,
Qazax Rayon Məhkəməsinin 2018-ci il 23 yanvar tarixli hökmü ilə
məhkum edilib) AXCP üzvü, partiya funksionedi Natiq Ədilovuun
qardaşı Murad Ədilov (1983-cü ildə anadan olmuş, Azərbaycan
Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin
2015-ci il 14 may tarixli hökmü ilə məhkum edilib) və sabiq səhiyyə
naziri Əli İnsanov (1946-cı ildə anadan olmuş, Azərbaycan
Respublikasının vətəndaşı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin
2017-ci il 26 aprel tarixli hökmü ilə məhkum edilib) cəzasının
çəkilməmiş hissəsindən azad olunublar.
Bundan əlavə sərəncamla AXCP sədrinin digər müavini Fuad
Qəhrəmanlı, "Nida" Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə,
Qiyas İbrahimov, Bayram Məmmədov, Elgiz Qəhrəman, habelə blogger
Rəşad Ramazanov, dini fəal Nicat Əliyev, dini fəal, 17 il müddətinə
azadlıqdan məhrum edilmiş Zülfüqar Mikayılov, Müdafiə Nazirliyinin
mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğlu Rüfət
Səfərov da əfv edilib.
-
MDB23:12
Rusiya müdafiə nazirinin müavini SAXLANILDI
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı