Bu şəxslərin maaşları artırılacaq - Qanunda dəyişiklik
Bizi izləyin

Nida Xəbər

Bu şəxslərin maaşları artırılacaq - Qanunda dəyişiklik

Azərbaycan Hesablama Palatasının üzvlərinin maaşı artırılır.

“Report” xəbər verir ki, bununla bağlı “Hesablama Palatası haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliyə əsasən, Hesablama Palatasının üzvlərinin əməkhaqqına bir aylıq vəzifə maaşı həcmində əlavə olunacaq.

Xatırladaq ki, Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabər tutulur. Palatanın auditorlarının aylıq vəzifə maaşı və digər təminatları Milli Məclisinin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir.

Dəyişiklik layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm