Nida Xəbər
Prezidentə müraciət edən Ağsu sakininin nəvəsi sabah əməliyyat olunacaq
Prezident İlham Əliyevin göstərişi ilə gözlərindən əməliyyat olunmaq üçün Türkiyəyə göndərilən Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Zaman Muradov sabah - martın 19-da əməliyyat olunacaq.
Bu barədə “Report”a Zaman Muradov özü məlumat verib.
O bildirib ki, İstanbul şəhərində yerləşən "Liv Hospital"da müayinə olunub və onun göz təzyiqi xəstəliyini daşıdığı məlum olub: “Müayinələrdən sonra həkimlər ağır əməliyyat olacağını dedilər. Həmçinin zərurət yaranarsa, ikinci əməliyyatın da baş tutacağı gözlənilir. Buna görə də, məndəm əməliyyat olmağıma razı olub-olmadığı soruşdular. Təbii ki, razılaşdım. Sabah əməliyyat otağına daxil olacam. Ümid edirəm ki, hər şey yaxşı olacaq və sağlamlığıma qovuşacam. Dövlət başçısına sonsuz təşəkkürümü bildirirəm”.
Xatırladaq ki, Prezident İlham Əliyev Ağsuya səfəri zamanı şəhərin Firdovsi küçəsində Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni üçotaqlı evdə görülən işlərlə tanış olub. Həmin vaxt H.Zamanova nəvəsi Zaman Muradovun gözlərinin əməliyyata ehtiyacı olduğunu bildirib. Dövlət başçısı isə bununla bağlı Heydər Əliyev Fonduna göstəriş verəcəyini demişdi: "Siz narahat olmayın. Lazım olarsa, biz onu xaricə də göndərərik".
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK