Moskvada Azərbaycan diasporu ermənilərlə birləşdi – Abbasovla bağlı ŞOK QƏRAR
Bizi izləyin

Nida Xəbər

Moskvada Azərbaycan diasporu ermənilərlə birləşdi – Abbasovla bağlı ŞOK QƏRAR

Moskvada Azərbaycanlıların iki diaspor təşkilatı - Moskvada Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti (AzərMos) və Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti (AzerRos) 2019-cu il martın 12-də Moskvada erməni təşkilatlarının nümayəndələrinin iştirakı ilə Moskva Millətləri Evində toplantı keçiriblər.

Publika.az
xəbər verir ki, iclas iştirakçıları “Misra TV”-nin rəhbəri, jurnalist Fuad Abbasovun həbs edilməsi və deportasiyası haqqında Rusiya Federasiyasının müvafiq orqanlarına müraciət ünvanlayıblar.

Dəyirmi masanın iclasında AzərMos sədri Ağadadaş Kərimov Fuad Abbasovu yalançı vətənpərvər adlandırıb və onun Rusiyadakı diaspor təşkilatlarının fəaliyyətini pozduğunu deyib. Kərimov öz çıxışında pagan simvolu hesab etdiyi nar bayramının Moskvada keçirilməsini tənqid edib. O, həmçinin Rusiyada keçirilən müxtəlif tədbirlərdə Azərbaycan bayrağının qaldırılmasına qarşı çıxıb.

“Milli etnik münaqişələrdə milli-ictimai təşkilatların cəlb edilməsi cəhdləri” məruzəsi ilə çıxış edən tədbir iştirakçısı Nizami Quliyev Fuad Abbasovun Sankt-Peterburqdakı keçmiş konsulluğunun rəhbəri Qudsi Osmanovun yolunu izlədiyini bildirib. Quliyev, həmçinin Abbasovun Rusiyada bir azərbaycanlı qruplaşma yaratması niyyəti ilə bağlı xəbərdarlıq edib. O, Fuad Abbasovun Bakıdan Rusiya Federasiyasında təhlükəsizliyini pozmaq və sabotaj fəaliyyəti həyata keçirmək üçün göndərildiyini bildirib.

Diaspora “fəalı” Azər Safarov Qarabağlı azərbaycanlıların Rusiyadan qovulmasını tələb edib: “Kim mübarizə aparmaq istəyirsə, buradan getsinlər, Rusiya sülh məkanıdır, hamımızın bu sülhü qorumaq kimi bir vəzifəmiz var”.

Səfərov Abbasovun ekstremist adlandırılmasına qarşı çıxıb və əlavə edib ki, Fuad Abbasov sadəcə provokatordur və onun arxasında duran şəxslər Azərbaycan Prezident Administrasiyasında oturur. Səfərovun sözlərinə görə nə qədər ki, Ramiz Mehdiyev, Əli Həsənov və digərləri Azərbaycanda hakimiyyətdə olacaq, o qədər də bizim başımız ağrıyacaq. A. Səfərov qeyd edib ki, “Biz burada problem istəmirik və bütün xalqlarla birgə qardaş kimi yaşayırıq, Fuad Abbasov kimilər bizim üçün durmadan yeni problemlər yaradır”. O bildirib ki, tez bir zamanda Rusiyanın hökumət rəsmiləri Azərbaycanla təmasa keçməli və bu problemi həll etməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm