Nida Xəbər
Naxçıvanda 7 məhkum əfv edildi
Naxçıvanda 7 məhkum əfv edilib.
"Report"un məlumatına görə, özlərinin və ailə üzvlərinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə müraciətlərinə əsasən bir qrup məhkum Novruz bayramı ərəfəsində əfv olunub.
Belə ki, məhkəmə qaydasında 4 məhkum cəzadan vaxtından əvvəl azad olunub, 3 məhkumun isə cəzası yüngülləşdirilib. Bu humanist addıma görə məhkumlar və onların ailə üzvləri dövlətə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Naxçıvan MR-da insan hüquq və azadlıqları, o cümlədən məhkumların hüquqları hərtərəfli şəkildə qorunur. Məhkumların yaşayış şəraiti, onlara verilən imtiyazların genişləndirilməsi, ərzaq təminatı və geyim ləvazimatları ilə təmin olunması daim dövlətimizin diqqət mərkəzində olub. Belə ki, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumlar üçün müxtəlif peşə kursları açılıb, həmin kursları bitirən məhkumlara sertifikatlar verilib ki, bu da onların cəzadan azad olunandan sonra da müvafiq işlə təmin olunmalarına köməklik göstərir.
Bu illər ərzində dövlətin humanist addımları nəticəsində minlərlə məhkum əfv və amnistiya qərarlarına əsasən cəzadan azad olunub və ailələrinə qovuşublar.
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə24 Aprel 18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO