Azərbaycanlı jurnalist Fuad Abbasova görə AYAĞA QALXDI
Bizi izləyin

Nida Xəbər

Azərbaycanlı jurnalist Fuad Abbasova görə AYAĞA QALXDI

Xəbər verdiyimiz kimi, Moskvada Azərbaycanlıların iki diaspor təşkilatı - Moskvada Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti (AzərMos) və Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti (AzerRos) 2019-cu il martın 12-də Moskvada erməni təşkilatlarının nümayəndələrinin iştirakı ilə Moskva Millətləri Evində toplantı keçiriblər. AzərMos sədri Ağadadaş Kərimov və digər tərəfdaşları Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist, “Misra TV”-nin rəhbəri Fuad Abbasovun bu ölkədən deportasiyası, habelə həbsi üçün əllərindən gələni edəcəklərini bildiriblər. Onlar Fuad Abbasovun həbs edilməsi və deportasiyası haqqında Rusiya Federasiyasının müvafiq orqanlarına müraciət ünvanlayıblar.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Məsələyə münasibət bildirən Diaspora.az saytının baş redaktoru Toğrul Allahverdili Publika.az-a deyib ki, bu addımı kəskin şəkildə pisləyir: “Fuad Abbasovun fəaliyyətini dəfələrlə tənqid etsəm də Mehriban Sadıqovanın və Ağadadaş Kərimovun Azərbaycana və Fuad Abbasova qarşı təxribatını qəti şəkildə pisləyirəm. Sadıqovaya və Kərimova qarşı mübarizəmiz bundan sonra da davam edəcək. Bu iki antimilli şəxs heç bir vaxt Azərbaycan diasporu adından danışa bilməz”.

Toğrul Allahverdili Ağadadaş Kərimovun ermənilərlə əlaqələrini ilk olaraq özünün ifşa etdiyini bildirib: “Milli maraqlar xatirinə Fuad Abbasovu müdafiə edəcəyəm. Çünki Kərimov və Sadıqova Fuad Abbasov üzərindən Azərbaycana qarşı təxribat və xəyanət edirlər. Onların hər ikisi ermənilər təfindən satın alınmış satqınlardır. Rusiyada Azərbaycan diasporu Sadıqovadan və Kərimovdan ibarət deyil. Bu ölkədə güclü Azərbaycan diasporu formalaşıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi “Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı”, habelə Moskvada və Rusiyanın digər regionlarında aktiv fəaliyyətdə olan onlarla təşkilatımız var. Bu təşkilatlar iki ölkə arasındakı əlaqələrin inkişafına öz töhfələrini verərək qonşu və dost Rusiyayla Azərbaycan arasında milli bağların qorunması üçün çalışırlar.

Əminliklə deyə bilərəm ki, yad qüvvələr tərəfindən idarə olunan Mehriban Sadıqova, Ağadadaş Kərimov və onların ətrafında olan iki-üç şəxs bu əlaqələri poza bilməz. Onlar bilsin ki, Rusiya və Azərbaycan liderlərinin iradəsi ilə bu dostluq daha da inkişaf edəcək və güclənək. Zənnimcə, Rusiyada yaşayan həmvətənlərimiz təxribatlara uymamalı yaşadıqları və fəaliyyət göstərdikləri Rusiyanın qanunlarına hörmətlə yanaşaraq hüquqi yolla Sadıqova və Kərimova qarşı mübarizə aparmalıdırlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm