Nida Xəbər
ABŞ Azərbaycanda məhkum olunmuş şəxslərin əfvini alqışladı
Amerika Birləşmiş Ştatları Azərbaycanda 400-dən çox məhbusun əfv edilməsini alqışlayır.
Publika.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Amerika Birləşmiş Ştatları 16 mart tarixli əfv sərəncamını və 400-dən çox insanın, o cümlədən siyasi müxalifət, vətəndaş cəmiyyəti və dini qrupların nümayəndəsi hesab edilən 51 siyasi məhbusun azad edilməsini alqışlayır.
Biz Azərbaycanı öz vətəndaşlarının əsas azadlıqlarını qorumaq üçün gələn aylarda beynəlxalq öhdəliklərinə uyğun olaraq əlavə müsbət addımlar atmağa təşviq edirik".
Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv sərəncamı, o cümlədən, 14 xarici vətəndaşa şamil olunub.
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”