Prezidentimizin xoş məramı hər kəs tərəfindən adekvat dəyərləndirilməlidir - Millət vəkili
Bizi izləyin

Nida Xəbər

Prezidentimizin xoş məramı hər kəs tərəfindən adekvat dəyərləndirilməlidir - Millət vəkili

"Möhtərəm prezidentimiz cəmiyyət tərəfindən səbirsizliklə gözlənilən əfv sərəncami imzaladi və bununla da yüzlərlə ailəyə, minlərlə insanlara hədsiz sevinc bağışladı, o taylı, bu taylı Azərbaycanımızın ustad şairi, Seyid Məhəmmədhüseyn Şəhriyarın sözləri ilə desək, "açılmayan könülləri şad etdi". Allah heç kimi bağlı qapı arxasında qoymasın. Həyatın keşməkeşli yollarında nə vaxtsa büdrəmiş, aldanmış, səhv etmiş, qanunu pozmuş, cinayət törətmiş şəxslər ali mərhəmət və humanizm prinsipləri rəhbər tutularaq əfv ediliblər. Qədim yunan filosofu Sokratdan soruşanda "İnsanlıq nədir?", o: "Əfv etməyi bacarmaqdır" cavabını vermişdir. Bu mənada Prezident İlham Əliyevin əziz bayramımız Novruz öncəsi atdığı addım xalqımızın əsrlərlə formalaşmış mədəni ənənələrinə söykənən mənəvi böyüklüyün bariz nümunəsidir, yüksək humanizm aktıdır. Bunu təqdir etmək, yüksək dəyərləndirmək siyasi mənsubiyyətindən və sosial statusundan asılı olmayaraq hər bir vətəndaşın borcudur".

Publika.az xəbər verir ki, bunu millət vəkili Gövhər Baxşəliyeva deyib

O bildirib ki, məhz bu əfv sərəncamı cəmiyyətimizdə sülh, birlik, həmrəylik və barış ab-havasını gücləndirsin, hər-hansı narazılıqlar, um-küsü, qarşıdurmalar, qərəz, şər, böhtan geridə qalsın, xalqımızın bütün kəsimi siyasi baxışlarından asılı olmayaraq vahid ideya-azərbaycançılıq ətrafinda sıx birləşsin.

"Milli mənafelər və dövlətçilik maraqlari hər şeydən üstün tutulmalıdır. Bu çağdaş Azərbaycanimiz ucun həyati əhəmiyyət daşıyan məsələdir. Milli birlik və ictimai-siyasi sabitlik hər vəchlə qorunmalıdır.

Yol vermək olmaz ki hər hansı narazılıqlar və ya şəxsi ambisiyalar cəmiyyətimizi parçalasın, bundan da xalqımızı və ölkəmizi gözü götürməyən qüvvələr istifadə etsin, hər hansı məsələdə bizə təzyiq etsin, mövqeyimizi

beynəlxalq aləmdə zəiflətsin. Böyük Füzulimizin sözləri yada düşür: "Dərd çox, həmdəm yox, düşmən qəvi, tale zəbun". Vahid xalq olaraq hamımızın qarşısında olduqca ağır problem dayanır-ərazi bütövlüyümüzün bərpası, müstəqilliyimizin qorunub yaşadılması, ölkəmizin hərtərəfli inkişafi. Fərd olaraq bir-birimizə düşmən kəsilmək, sosial şəbəkələrdə olmazın təhqir və böhtanın yağdırmaq, beynəlxalq təşkilatlara donoslar yazmaq nəyə və kimə lazımdır? Bu qarşıdurma yalnız düşmən dəyirmanına su tökür, bizi bir xalq və ölkə olaraq zəiflədir".

Millət vəkili hesab edir ki, bu gün tarixi şəraitin özü, xalqımızın üzləşdiyi ciddi sınaqlar "nə etməli?" sualının cavabını bizə diqtə edir. Bu cavab isə Azərbaycanın müstəqilliyini möhkəmlətməkdən, işğal olunmuş torpaqlarımızı geri qaytarmaqdan, sosial-iqtisadi inkişafi surətləndirərək Azərbaycanı sivil dünyanın ayrılmaz hissəsinə çevirməkdən ibarətdir. Əgər biz ümummilli mənafeni ən ümdə vəzifəmiz hesab ediriksə, siyasi ehtiraslarin cəmiyyəti parçalamasına imkan verməməliyik. Odur ki vahid xalq olaraq prezident İlham Əliyevin ətrafinda six birləşərək irəliyə doğru getməliyik.

"Cənab prezident bir daha bu əfv fərmanı ilə sübut etdi ki, hər bir vətəndaşımızın prezidentidir, insan hüquq və azadlıqları prinsiplərinə ölkəmiz sadiqdir və bu sahədə işlər müxtəlif islahatlar vasitəsi ilə daim təkmilləşir.

Əlbəttə, bu, ölkə başçımız cənab İlham Əliyevin mərhəmət və humanizm prinsiplərinə söykənən siyasətinin, aparılan islahatların tərkib hissəsidir. Bildiyiniz kimi, hər Novruz bayramı ərəfəsində cənab İlham Əliyev tərəfindən bu addım atılır. Siyasi baxışından, əqidəsindən, dünya görüşündən asılı olmayaraq, törətdiyi cinayət əməli və ya hüquqpozma əməlindən peşman olmuş, səhvini etiraf etmiş və ya səhhəti, ailə vəziyyəti ilə əlaqəli olaraq, bir qrup insan cənab prezidentimizin humanizm və mərhəmətindən irəli gələn verdiyi fərman və sərəncamla cəza çəkməkdən azad olunur.

Cənab prezident bir daha bu əfv fərmanı ilə sübut etdi ki, hər bir vətəndaşımızın prezidentidir, insan hüquq və azadlıqları prinsiplərinə ölkəmiz sadiqdir və bu sahədə işlər müxtəlif islahatlar vasitəsi ilə daim təkmilləşir. Azad olunanlar mətbuatdan da gördüyümüz kimi, bunun üçün möhtərəm prezidentimiz

cənab İlham Əliyevə, eyni zamanda, bu işdə yüksək səviyyədə səylərini, zəhmətini əsirgəməyən birinci vitse-prezident, xanım Mehriban Əliyevaya dərin minnətdarlığını bildirirlər.

Bu gün dünyada ölkəmizi istəməyən qüvvələr və onların dəyirmanına su tökən öz içimizdən olan bəzi yaramazlar bütün bu kimi addımlara kölgə salmaq istəyirlər. Ancaq ölkəmiz, dövlətçililiyimizi qorumaq naminə xalqımız həmişə dövlətinin və prezidentinin yanında olduğunu sübut edib. Mən cənab prezidentimizin bu humanist addımını alqışlayır, ölkəmizin uğurlu gələcəyi naminə Ulu Tanrıdan ona can sağlığı arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm