Azərbaycan düşməni darmadağın edəcək yeni artilleriya SİSTEMİ ALDI - FOTO
Bizi izləyin

Nida Xəbər

Azərbaycan düşməni darmadağın edəcək yeni artilleriya SİSTEMİ ALDI - FOTO

Azərbaycan Belarus istehsalı olan yeni artilleriya sistemi alıb.

Publika.az
xəbər verir ki, bu barədə “azeridefence” saytı rəsmi mənbələrə istinadən məlumat yayıb.

Azərbaycanın əldə etdiyi yeni silah Belarusun “Aqat İdarəetmə Sistemləri” şirkətinin istehsalı olan 7A0917 “Lektor” daşınan artilleriya atəş idarəetmə kompleksidir. Silahlanmaya yeni qəbul edilmiş kompleks mart ayının ortalarında keçirilmiş hərbi təlimdə istifadə olunub.

Batareya komandiri üçün nəzərdə tutulan kompleksin tərkibinə radiostansiya, “Kaponir” elektro-optik müşahidə sistemi, VM2307 markalı tablet, batareyanın baş zabitinin texniki vasitələrinin tərkibinə radiostansiya, GMX500 meteostansiyası və VM2307-in tableti, top komandirləri üçün VM2306 əl tableti, radiostansiya və silahı tənzimləmə üçün alətlər daxildir.

Texniki vasitələr artilleriya batareyasının idarə edilməsi və atış hazırlığı ilə bağlı bütün məsələləri həll etməyə imkan verir.

Qeyd edək ki, “Lektor” kompleksi ilk dəfə fevral ayında Abu Dabidə keçirilmiş İDEX-2019 sərgisində nümayiş etdirilib. İstehsalçının məlumatına görə, kompleksin sınaqları tamamlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm