Əbülfəs Qarayev YUNESKO-nun İdarəetmə orqanlarının rəhbərlərinin iclasında
Bizi izləyin

Nida Xəbər

Əbülfəs Qarayev YUNESKO-nun İdarəetmə orqanlarının rəhbərlərinin iclasında

Cari ilin 27 mart tarixində Parisdə YUNESKO baş qərargahında YUNESKO-nun İdarəetmə orqanlarının rəhbərlərinin iclası keçirilmişdir.

İclasda təşkilatın Baş Konfransının prezidenti Zahour Alaoui çıxış edərək iclasın əsas məqsədinin YUNESKO-nun konvensiyalarının müvafiq idarəetmə orqanlarının işçi metodlarının, prosedurların və idarəetmə vəziyyətlərinə dair işçi qruplarının müvafiq tövsiyə və təkliflərinin müzakirə edilməsindən ibarət olduğunu bildirmişdir.

Daha sonra Fiziki təhsil və idman, İdmanda anti-dopinq, Kommunikasiyanın inkişafı üzrə beynəlxalq proqram, İnformasiya hamı üçün beynəlxalq şurası, Hərbi münaqişə zamanı mədəni mülkiyyətin qorunması, Qeyri-maddi mədəni irsin qorunması, Mədəni özünüifadə müxtəlifliyinin qorunması, Təhsilin planlaşdırılması və digər sahələrə cavabdeh olan komitə və proqramların rəhbərləri çıxış etdilər.

Nazir Əbülfəs Qarayev isə Ümumdünya mədəni və təbii irsin Qorunması üzrə 1972-ci il konvensiyasının icrasına cavabdeh olan Dünya İrs Komitəsinin sədri kimi çıxış edərək əsas təkliflərin və tövsiyələrin 1972-ci il konvensiyasının idarə orqanlarının prosedur qaydaları, strukturu, tərkibi və mandatının səmərəliyinin artırılması ilə bağlı olduğunu qeyd etdi. Sonra müzakirələr ayrı-ayrı konvensiyalar üzrə üzv ölkələrin sualları üzrə davam etdirildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm