Millət vəkili: "Bu, İlham Əliyevin müstəsna sosial siyasətinin bariz formasıdır"
Bizi izləyin

Nida Xəbər

Millət vəkili: "Bu, İlham Əliyevin müstəsna sosial siyasətinin bariz formasıdır"

“Diqlas” ticarət mərkəzində yanğın nəticəsində sahibkarlara dəyən ziyanın dövlət tərəfindən ödənilməsi ilə bağlı verilən tapşırıq dövlət başçısı cənab İlham Əliyevin müstəsna sosial siyasətinin və sahibkarlara dəstəyinin bariz formasıdır.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Tahir Mirkişili deyib.

Millət vəkili bildirib ki, dünyada heç bir ölkədə bu cür hadisələrdə dəyən ziyan dövlət tərəfindən ödənmir.

“Lakin bu hadisədən dərs götürüləsi məsələlər çoxdur. Təbii ki, təhlükəsizlik məsələlərinə diqqət daha da gücləndirilməlidir. Amma məsələnin əsas iqtisadi tərəfi sahibkarların öz mallarını sığorta etdirməmələridir. Təqribi hesablamalara görə, malların illik sığorta haqqı dəyərin 0.3%-i həcmindədir. Yəni, bir maqazində 50 000 manatlıq mal qalığı varsa, onun illik sığorta haqqı 150 manatdır. 150 manat ödəməklə sahibkar bu cür yanğın hallarında yanan malın tam dəyərini əldə edə bilər. Ciddi iqtisadi maarıflənməyə ehtiyac var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm