İlham Əliyevin Paşinyanla görüşü barədə birgə bəyanat yayıldı
Bizi izləyin

Nida Xəbər

İlham Əliyevin Paşinyanla görüşü barədə birgə bəyanat yayıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Vyanada görüşüblər.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanatında deyilir.

Qeyd olunur ki, görüşdə hər iki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak ediblər.

Bəyanatda vurğulanır ki, görüş müsbət və konstruktiv şəraitdə keçdi, hər iki liderin öz mövqelərinə aydınlıq gətirmək üçün imkan yarandı. Prezident və baş nazir tənzimləmə prosesinin bir sıra vacib məsələləri və substantiv ideyalar üzrə fikir mübadiləsi apardılar. Onlar sülh üçün əlverişli mühitin yaradılmasının və münaqişənin sülh yolu ilə həllinin tapılması üzrə danışıqlar prosesində konkret və tutarlı addımların atılmasının vacibliyini vurğuladılar.

Həmsədrlərin bəyanatında bildirilir ki, Prezident və baş nazir Düşənbədəki söhbətə istinad edərək atəşkəsin möhkəmləndirilməsinin və birbaşa əlaqə mexanizminin təkmilləşdirilməsinin vacibliyini yenidən təsdiq etdilər. Onlar öz ölkələrinin nazirlərinə yaxın gələcəkdə həmsədrlərə yenidən görüşmək barədə təlimat verdilər, həmçinin birbaşa dialoqun davam etdirilməsi barədə razılığa gəldilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm