Qənirə Paşayeva gündəmi alt-üst edən VİDEODAN DANIŞDI: Bu nə dəhşətdir, ilahi?
Bizi izləyin

Nida Xəbər

Qənirə Paşayeva gündəmi alt-üst edən VİDEODAN DANIŞDI: Bu nə dəhşətdir, ilahi?

Bu nə dəhşətdir, ilahi? Bu adamlar gerçəkdən nə oxuduqlarının, nəyə oynadıqlarının, bu hərəkətləri ilə nəyi təbliğ etdiklərinin fərqində deyillərmi?

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva sosial şəbəkə hesabında qeyd edib.

Deputat son vaxtlar trendə çevrilən “Kazbekə şey basım, fırlanım” mahnısının zərərli olmasını diqqətə çatdırıb:

"Həmkarım Fazil Mustafanın Daxili İşlər Naziri və Baş Prokurora bu mahnı, bu videolarla bağlı müraciətini tamamilə dəstəkləyirəm və qoşuluram. Mən də bununla bağlı rəsmi qurumlara müraciət edəcəm. Bu videoların uşaqlar və yeniyetmələr üçün nə qədər zərərli bir təbliğat olmasının, görəsən, bu videolara çəkilən, çəkən və yayan adamlar, onların ailəsi, yaxınları gerçəkdən fərqində deyillərmi?

Çox düşündürücü və narahatverici bir məsələdir. Çox üzüldüm, üzüntü və ciddi narahatlıqla izlədim. Təəssüf... Amma bu cür videolara, narkomaniyanı təbliğ edənlərə qarşı ciddi addımlar atılmalıdır. Tədbirlər görülməlidir. Çox təəssüf... Böyüyən uşaqlarımızı düşünün bu addımı atmazdan əvvəl. Üzüntüvericidir. Tezliklə yığışdırılması lazımdır bu videoların".

Qeyd edək ki, millət vəkili Fazil Mustafa son günlər sosial şəbəkələrdə trendə çevrilən “Kazbekə şey basım, fırlanım” mahnısına görə Baş Prokuror Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova müraciət edib. Deputat bu mahnının cinayət tərkibli olduğunu vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm