• USD 1,7000 0,00% EUR 1,8924 0,00%
    • GBP 2,2219 0,00% RUB 0,0276 0,00%

İlham Əliyevin təltif etdiyi şəxs Rusiyada nazir təyin edildi

İlham Əliyevin təltif etdiyi şəxs Rusiyada nazir təyin edildi

Denis Afanasyev Həştərxan Vilayəti Sənaye, nəqliyyat və təbii ehtiyatlar naziri təyin olunub.

Publika.az xəbər verir ki, uzun illər Rusiya Federasiyasının Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri vəzifəsində fəaliyyət göstərən Denis Afanasyev son illər ərzində Azərbaycan və Həştərxan vilayəti arasında dostluq və iqtisadi əməkdaşlığın yüksək templə inkişafına böyük töhfə verib.

Heydər Əliyev Fondu tərəfindən Həştərxanda həyata keçirilmiş müxtəlif genişmiqyaslı layihələrdə, o cümlədən Ulu öndər Heydər Əliyevin abidəsinin ucaldılması və parkın salınması, Ümummilli liderin adını daşıyan 11 nömrəli tam orta məktəbin rekonstruksiyası və yeni korpusların tikilməsi, həmin məktəbin nəzdində yeni uşaq bağçasının inşası, Meçta uşaq əyləncə şəhərciyinin salınması və digər layihələrin həyata keçirilməsində birbaşa fəal iştirak edib.

Bütün bunları nəzərə alaraq 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlığın inkişafındakı xidmətlərinə görə D.Afanasyev “Tərəqqi” medalı ilə təltif edilib.

Onun yüksək səmərəli fəaliyyətini nəzərə alaraq Həştərxan vilayətinin qubernatoru S.Morozov 1 aprel 2019-cu il tarixindən D.Afansyevi Həştərxan vilayətinin Sənaye, nəqliyyat və təbii ehtiyatlar naziri vəzifəsinə təyin edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR