Nida Xəbər
Ədəbi dilin normalarına riayət etməyənlər cərimələnsin - TƏKLİF
“Yeni fəaliyyətə başlayacaq Dövlət Dil Komissiyasının yanında Monitorinq Mərkəzi publik hüquqi şəxs bir sıra işlər görməklə yanaşı, xarici ölkələrdən Azərbaycana idxal olunan bəzi məhsulların içlik vərəqələrinin monitorinqini də aparacaq”.
Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
“Mərkəzin əsas fəaliyyət istiqaməti dilin saflığının qorunması və ədəbi dilin normalarına riayət olunmasından ibarətdir. Bununla yanaşı, xaricdən ölkəmizə idxal olunan məhsulların içlik vərəqələri Monitorinq Mərkəzindən müşahidədən keçiriləcək. Bir müddət əvvəl biz ölkəmizə idxal olunan dərmanların içliklərinin monitorinqlərdən sonra tərcüməsinə və anlaşıqlı şəkildə izahına nail olmuşuq. Bunun faydasını hamımız görürük”, - M.Nağısoylu əlavə edib.
Akademikin sözlərinə görə, Dövlət Dil Komissiyasının yanında Monitorinq Mərkəzi bu ilin ortasına qədər fəaliyyətə başlayacaq: “Biz Dövlət Dil Komissiyasının yanında Monitorinq Mərkəzinin nizamnaməsini, ştat vahidini, strukturunu hazırlayıb təkliflərimizi verdik. Biz öhdəmizə düşən bütün vəzifələrini yerinə yetirdik. Mərkəz geniş səlahiyyətli publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək. Biz Monitorinq Mərkəzi tərəfindən ədəbi dilin normalarına riayət etməyən müvafiq qurumların, fiziki və hüquqi şəxslərin cərimə olunmasını da təklif etmişik”.
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR