Nida Xəbər
Səməd Seyidov: Aprel döyüşləri ilə sübut etdik ki, işğalçılar torpaqlarımızdan çıxarılacaq
Aprel döyüşləri Azərbaycan Ordusunun qəhrəmanlıq nümunəsidir.
Trend-in məlumatına görə, bunu Milli Məclisdə keçirilən İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun iclasında Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
S.Seyidov bildirib ki, 2016-cı ilin aprelində Azərbaycan Ordusunun ən yüksək səviyyədə şücaət, qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızın azad olunması üçün həyata keçirdiyi əməliyyat tariximizə qızıl hərflərlə yazılıb.
O qeyd edib ki, Azərbaycan aprel döyüşləri ilə dünyaya mesaj verdi:
“Biz bir daha həm dünyaya, həm də torpaqlarımızı işğal edən qüvvələrə ciddi şəkildə mesaj verdik. Bəyan etmişdik ki, torpaqlarımız işğaldan azad olunacaq. Aprel döyüşləri ilə sübut etdik ki, işğalçılar torpaqlarımızdan çıxarılacaq. Bu hadisə ilə fəxr edirik. Bununla yanaşı, kədər hissi də var. Çünki əməliyyat zamanı Azərbaycanın qəhrəman oğulları şəhid oldu. Onlar ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçdilər, Ali Baş Komandan İlham Əliyevin əmrini sona qədər ləyaqətlə icra etdilər”.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!