Nida Xəbər
Azərbaycanda ixtisaslaşmış məhkəmə yaradılacaq
Azərbaycanda vergi ödənişləri və sahibkarlıq fəaliyyəti ilə bağlı işlər üzrə ixtisaslaşmış məhkəmə yaradılacaq.
Bu barədə Prezident İlham Əliyevin imzaladığı məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanda qeyd olunur.
Fərmanla Ali Məhkəməyə və Məhkəmə-Hüquq Şurasına tövsiyə edilir və Ədliyyə Nazirliyinə tapşırılır ki, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması üçün normativ hüquqi aktların layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etsinlər.
Bundan başqa, hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmləri təkmilləşdiriləcək və belə müdaxiləyə görə məsuliyyət artırılacaq; hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatı əhəmiyyətli dərəcədə artırılacaq; məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələri verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya ediləcək; məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun müəyyən hissəsi məhkəmə aparatları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldiləcək.
Həmçinin məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısı aparılacaq və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbi müəyyən ediləcək; mülki işlər, habelə inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizası keçiriləcək və ekspert rəyinin verilməsi müddətləri dəqiqləşdiriləcək, eləcə də məhkəmə prosesi tərəflərinin ekspertiza təyin edilməsi ilə bağlı hüquqları genişləndiriləcək.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO