Azərbaycanlı nazir erməni jurnalisti BELƏ SUSDURDU - VİDEO
Bizi izləyin

Nida Xəbər

Azərbaycanlı nazir erməni jurnalisti BELƏ SUSDURDU - VİDEO

Dünən Brüsseldən Moskvaya uçan təyyarədə Xarici İşlər naziri Elmar Məmmədyarovun Ermənistan vətəndaşları ilə söhbəti olub.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.

Söhbət zamanı E.Məmmədyarov deyir:

"Hər kəs öz hekayəsini yazır, hansı ki orda, kimi günahlandırmalı, kimin isə doğru olduğunu sübut etməyə çalışır. Ümumilikdə, mənim fikrimcə, 2016-cı il aprel hadisələri təəssüf ki, sülhün bizlərə yaxın olmadığını göstərdi.

Münaqişənin sülh yolu ilə həllinə ən böyük maneə müharibədir. Bu məsələdə əlbəttə ki, erməni hərbi qruplaşmaları Azərbaycan torpaqlarından geri çəkilməlidir. Bu, birmənalı şəkildə, hər iki ölkə üçün münaqişənin həllində yeni mərhələ başladacaq.

Erməni vətəndaşının hərbi xidməti dövründə, Azərbaycan torpaqlarında nə işi var?”

Ermənilərin "Qarabağ Azərbaycan ərazisi deyil" həyasızlığına isə nazir diplomatik səviyyədə, heç bir aqressiya göstərmədən dəlillərlə cavab verir və onların yanlış düşündüyünü izah edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm