İstanbulda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirildi
Bizi izləyin

Nida Xəbər

İstanbulda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirildi

Türkiyənin İstanbul şəhərində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı “Azərbaycan Qanayan Yara” mövzusunda anım mərasimi keçirilib. Tədbir Azərbaycan Gənclərinin İstanbul Hərəkatının (AGİH) və İstanbul Medipol Universitetinin Türk Dünyası Araşdırmaları klubunun birgə təşkilatçılığı ilə baş tutub.

Publika.az xəbər verir ki, tədbirə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, hər iki ölkənin şəhidlərinin ruhu ehtiramla yad edilib.

Tədbirdə çıxış edən İstanbul Aydın Universitetinin İctimai Elmlər İnstitutunun müdiri professor Raqip Kutay Karaca, politoloq Ramiyə Məmmədova, AGİH-in rəhbəri Rəşad Rza və digərləri beynəlxalq təşkilatların erməni terrorizminə yanaşması, bu təşkilatların verdiyi qərarların icra olunmaması, ermənilərin Türkiyədə və Azərbaycanda törətdiyi soyqırımlar haqqında danışıblar.

Anım mərasimində ictimai təşkilatların nümayəndələri, tanınmış ziyalılar, elm xadimləri, yazıçılar, mətbuat nümayəndələri, AGİH-in fəalları və tələbələr iştirak ediblər.

Tədbir çərçivəsində soyqırımı əks etdirən videoçarx nümayiş etdirilib, rəsmlərdən ibarət sərgiyə baxış olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm