Özbəkistan telekanalında Bakı Limanı haqqında veriliş yayımlandı
Bizi izləyin

Nida Xəbər

Özbəkistan telekanalında Bakı Limanı haqqında veriliş yayımlandı

Özbəkistanın “Sevimli” telekanalının “Zamon” proqramında Bakı Limanı haqqında danışılıb.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, videomaterial bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistin Azərbaycana mediaturu çərçivəsində hazırlanıb.

Telekanalın müxbiri Dilnoza Saidova Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında məlumat verir. Qeyd edir ki, liman 1902-ci ildə təsis edilib və o vaxtdan Xəzər dənizindəki limanların ən böyüyü və ən əhəmiyyətlisi hesab olunub.

Videomaterialda bildirilir ki, bu liman Şərq və Qərbi birləşdirən əsas nəqliyyat qovşağıdır. Özbəkistandan gələn və əks istiqamətə gedən yüklər məhz bu liman vasitəsilə ünvana çatdırılır.

Diqqətə çatdırılır ki, Bakı şəhərindən 70 kilomertlik məsafədə yerləşən liman Avrasiyada regionun əsas nəqliyyat və logistika qovşaqlarından biridır.

Vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il martın 18-də imzaladığı Sərəncamla Bakı Limanı yenidən qurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm