Azərbaycanda görülən bu işlər hesabatlarda göstərilməlidir - Səməd Seyidov
Bizi izləyin

Nida Xəbər

Azərbaycanda görülən bu işlər hesabatlarda göstərilməlidir - Səməd Seyidov

Azərbaycan Respublikası Prezidentinin imzaladığı əfv Sərəncamı nəticəsində yüzlərlə məhkum azadlığa buraxılıb. Dövlət başçısı ölkədə məhkəmə sistemində islahatların aparılması ilə bağlı Fərman imzalayıb. Azərbaycanda görülən belə müsbət işlər də hesabatlarda göstərilməlidir.

Publika.az xəbər verir ki, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ilk günündə qurumun Bürosunun və Daimi Komitəsinin hesabatı ilə bağlı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.

S.Seyidov hesabatın vacibliyini qeyd edərək onun obyektiv tərtib edilməsinə çağırıb. O deyib: “Azərbaycanla bağlı həmişə mənfi fikirlər səsləndirilir. Xatırlamıram ki, belə hesabatlarda nə vaxtsa Azərbaycanda görülən müsbət işlər də sadalansın. Bu, təəssüf doğurur. Hesabatda ölkədə gedən inkişaf prosesləri qeyd edilməlidir”.

Nümayəndə heyətinin rəhbəri erməni deputatın təhrif edilmiş məlumatlarla və nifrət dolu çıxışına sessiyanın müvafiq iclasında baxılmasına da çağırıb. “Regionumuzda çox dəyişikliklər baş verir. Ancaq müstəsna olaraq dəyişməyən erməni deputatın nifrət dolu çıxışıdır. Bu çıxış Assambleyanın demokratik və digər dəyərlərinə tamamilə ziddir. Sessiyada nifrətə qarşı mübarizə ilə bağlı müzakirələrdə bu məsələyə baxılacaq”, - deyə S.Seyidov diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm